Qadin.NET / Xəzinə ilə dolu gəmi tapıldı

Xəzinə ilə dolu gəmi tapıldı

 

Xəzinə ilə dolu gəmi tapıldı

Kolumbiyada 300 il əvvəl batmış xəzinə gəmisi aşkar edilib.
ANS PRESS-in məlumatına görə, 1708-ci ildə batmış San Xose adlı kapitana məxsus gəmi Kolumbiya sahillərində tapılıb. Güman edilir ki, gəmi qızıl, gümüş və zümrüdlə doludur. 
Bu barədə Kolumbiya prezidenti Xuan Manuel Santos əvvəlcə öz şəxsi "Twitter" səhifəsində yazıb, daha sonra isə mətbuat konfransı keçirərək, məlumat verib. "San-Xose" gəmisi Karib dənizində 1708-ci ildə Kartaxena liman-şəhərinə yaxın yerdə batıb. Bu gəmi İspan kralı V Filippin donanmasının bir hissəsi olub. 

 

Mənbə: ANS PRESS

6 dekabr 2015
GO BACK