Qadin.NET / Dünya böyük müharibənin astanasında

Dünya böyük müharibənin astanasında

Dünya böyük müharibənin astanasında
Suriya ətrafında gərginlik daha da artır. 
ANS PRESS-in məlumatına görə, Aralıq dənizin Suriya sahillərində 13 ölkənin hərbi gəmisi döyüşə hazır vəziyyətdə dayanıb. 
ABŞİngiltərəFransa, və Rusiya Suriya ərazisini dayanmadan qırıcı təyyarələrə bombalayır. 
Almaniya, KanadaNiderland, Belçika və İran da Suriya ərazisində əməliyyatlar həyata keçirir. Məlumata görə, Çin də terrorizmlə mübarizəyə hazırlaşdığını, Suriyanı bombalamaq niyyətini açıqlayıb. 
Türkiyə mətbuatının məlumatında bildirilir ki, dövlətlərin son günlər birdən – birə Suriya ərazisini intensiv bombalamasının səbəbi Birləşmiş Millətlər Təşkilatının (BMT) qəbul etdiyi son qərardır. Qərara əsasən Suriyada 2016-cı il yanvarın 1-dən etibarən atəşkəs əldə olunmalıdır. Atəşkəs Suriya münaqişəsində iştirak edən dövlətlərlə razılaşdırılıb.
Mətbuat yazır ki, dövlətlər fəal əməliyyatlar həyata keçirməklə atəşkəsə qədər daha çox ərazi təmizləmək istəyirlər. Dövlətlər Suriyanı İŞİD və digər silahlı qrupları zəiflətmək bəhanəsi ilə müdaxilə edirlər.
Bölgəyə 16 hərbi təyyarə göndərən İngiltərə Cənubi Kiprdəki bazasında istifadə edir. Həmçinin PortuqaliyaDanimarka və İspaniya da Suriyanın bombalanması üçün hərbi gəmi və təyyarələri Aralıq dənizinə yola salıb. 
Almanya İŞİD-lə mübarizə üçün 1200 əsgər, 6 tornado reaktiv atəş sistemi göndərir. Fransaya məxsus “Şarl De Qoll” təyyarə gəmisi isə artıq Aralıq dənizdən əməliyyatlara başlayıb. 

Mənbə: ANS PRESS

5 dekabr 2015
GO BACK