Agentlik bu barədə məlumatı Azərbaycan Neftçilərinin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlıya istinadla yayıb. "Orda çalışanlardan biri deyib ki, ümumilikdə özüldə 84 işçi olub".
Qurum SOCAR-a istinadla yazıb ki, baş verən hadisə nəticəsində itkin düşənlər də olub. Platformada xilasetmə işləri davam edir. Dənizdəki güclü fırtına xilasetmə işlərini daha da çətinləşdirir.
Məlumatda qeyd edilir ki, dekabrın 4-də baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarmış, nəticədə yanğın olub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, 10-cu platformada yanğın nəticəsində xilas edilənlərin sayı artıb. Artıq 32 nəfər xilas edilib.
Hadisə rayonunda xilasetmə işləri gərgin şəraitdə davam edir. Tez-tez dəyişən küləyin sürəti hazırda saniyədə 37-38 metrə, dalğanın hündürlüyü isə 10 metrə çatır.
Baş vermiş hadisə ilə bağlı iki qərargah yaradılıb.
Mənbə: ANS PRESS