Qadin.NET / Sinoptiklərdən xoş xəbər

Sinoptiklərdən xoş xəbər

Sinoptiklərdən xoş xəbər
Bakıda və Abşeron yarımadasında əsən şimal-qərb küləyi axşama doğru tədricən mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, dekabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0-3, gündüz 7-10 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında dekabrın 6-da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lənkəran-Astara zonasında havanın yağıntılı olacağı ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Mənbə: Milli.Az

5 dekabr 2015
GO BACK