Qadin.NET / Rusiyaya daha bir şok

Rusiyaya daha bir şok

Rusiyaya daha bir şok
Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (IAAF) 2016-cı ildə keçiriləcək gənclər arasında dünya çempionatı və komandalararası dünya çempionatının təşkilatçılığını Rusiyadan alıb. 
ANS PRESS-in məlumatına görə, bu barədə IAAF-dan açıqlama verilib.
IAAF təşkilata üzvülüyü dayandırılan Rusiya Atletika Federasiyasının təşkilatçılıq hüququndan məhrum edildiyi bildirir. Yarışların hansı ölkədə keçiriləcəyi ilə bağlı qərar yanvarın 7-də veriləcək. Ümumdünya Antidopinq Agentliyi (WADA) hazırladığı 323 səhifəlik hesabatda Rusiyanı idmançıları "dövlət dəstəyi ilə" dopinqə qarışdırmaqda ittiham etmişdi. Bu hesabatdan sonra IAAF Rusiya Atletika Federasiyasının üzvülüyünü dayandırmış, rus atletləri müvəqqəti olaraq yarışlardan kənarlaşdırmışdı. WADA isə Moskva Dopinq Nəzarət Labaratoriyasının üzvülüyünü dayandırmışdı. 

Mənbə: ANS PRESS

5 dekabr 2015
GO BACK