Doğulduğumuz bürc, ay, il xarakterimiz haqqında ipucları verməyə kömək edir. Bunu bilirdinizmi?
ANS PRESS qadınların xarakterini onların doğulduğu aya görə müəyyən etməyin yollarını oxucularına təqdim edir.
Kişilər, sizdə bu xarakteristika ilə tanış olaraq sevgililəriniz, həyat yoldaşınız və ya ən yaxın qadın qohumlarınız haqqında maraqlı məlumat əldə edə bilərsiniz.
Yanvar
Bu ayda doğulanlar səbrli və dözümlü olurlar. Onlarda əsl kişi xarakteri olur. Onlar heç nədən şikayət etməyi xoşlamırlar və problemlərlə sərbəst olaraq mübarizə aparmağa çalışırlar. Bu ayda doğulan qadınlar həm də kulinariya sənətində də bacarıqlı olurlar. Amma evin yığışdırılması ilə məşğul olmağı sevmirlər.
Fevral
Bu ayda doğulanlar çətin xarakterli, inadkar və tələbkar olurlar. Onlarda tez-tez əsəb sarsıntısı keçirir, özlərini yüksək qiymətləndirirlər. Buna baxmayaraq çətinlikdən qorxmurlar və kinli olmaları ilə seçilirlər. Uşaqları çox sevirlər.
Mart
Ən həssas qadınların doğulduğu aydır. Onların bəzən inadkarlığı ziyanlarına səbəb olur. Utancaq olduqları üçün uğura çətinliklə nail ola bilirlər.
Aprel
Bu ayda doğulan qadınların xarkteri cəsur, inadkar və məqsədyönlü olmaları ilə seçilir. Onlar həmişə nə istədiklərini bilirlər. Qeyri stabilliyi qətiyyən sevmirlər. Emosiyalar və hisslər daima ağıldan sonra gəlir.
May
Hökmüranlığı sevir, tələbkar olur, güşəştə getməyi xoşlamırlar, qərarlılıqları ilə seçilirlər. Bağışlamırlar. Bu isə onlara sonradan peşmançılıq hissi yaşamasına səbəb olur. Onlarda liderlik xüsusiyyətləri var. Buna görə də, asanlıqla rəhbər vəzifələr tuta bilərlər.
İyun
Yayın ilk ayı doğulanların əsas fərqli cəhəti olduqca ehtiyatlı olmalarıdır. Həddindən çox mehribandırlar, demək olar ki, heç vaxt qisas haqqında düşünmürlər. Münaqişələrdən qaçırlar, intuitsiyaları güclüdür.
Qərarları adətən əhval ruhiyyələrinə görə verirlər.
İyul
Ən sadə və utancaq qadınlar bu ayda doğulur. Onlar daima nəyəsə görə narahat olurlar, özlərini təhlillə məşğul olurlar. Romantik iyul qadınları hər bir hissi dərindən yaşasalar da, bunu nümayiş etdirmirlər. Ev və ailə- bunlar bu ayda doğulanlar üçün hər şydən qabaqdır.
Avqust
Ən qürurlu və azadlıqlarını sevən qadınlardırlar. Onlar həm də çox mehriban və ürəyiaçıqdırlar. Dİqqət mərkəzində olmağı sevirlər, təbiətcə liderdirlər. Böyük xarizmaları var və buna görə də kişilərin diqqətini asanlıqla cəlb edə bilirlər. Tez aldanmağa meyillidirlər.
Sentyabr
Emosional olduqları üçün hisslərini tez biruzə verirlər. Özlərini çox sevirlər, xəsis olduqları üçün borca da gec düşürlər. Çox qısqanc olsalar da, dadlı yeməklər hazırlamağı yaxşı bacarırlar.
Oktyabr
Ünsiyyətcil, tələbkar, hazırcavab olurlar. Dostları ilə olduqca yaxşı əlaqələri var. Qərar vermək üçün mütləq şəkildə uzun müddət düşünməlidirlər. Yaxşı yaddaşa malik olurlar, xəyanəti bağışlamırlar. Evdar olmaqları ilə fərqlənirlər.
Noyabr
Eqoist, özünü sevən, qənaətcildirlər. Ehtiraslı və temperamentlidirlər.
Dekabr
Emosional olduqları qədər sözü üzə deməyi də sevirlər. Çox ünsiyyətcil, romantik, idealistdirlər. Dekabrda doğulan qadınlar ən yaxşı rəfiqələrdir. Qənaətcilllikləri ilə seçilmirlər və buna görə də tez-tez ailə büdcəsi ilə bağlı problemlər yaşayırlar.
Mənbə: ANS PRESS