Qadin.NET / Gözəllik üçün sağlamlığından olanlar

Gözəllik üçün sağlamlığından olanlar

Gözəllik üçün sağlamlığından olanlar
Qış aylarında əsasən də xanımlar saçlarını düzləşdirdikdən sonra yaxud da hər hansı bir formaya saldıqdan sonra dağılmasın deyə çölə çıxarkən başlarına papaq qoymurlar. Necə deyərlər “ Gözəllik qurban tələb edir” devizini irəli tutaraq sağlamlıqlarını böyük təhlükə altına alırlar. Unutmaq olmaz ki, sağlam can insana hər şeydən önəmli olmalıdır. Bir düşünün canınız ağrıyarkən necə gözəl görünmək mümkündür. Soyuqda, şaxtalı günlərdə papaq qoymamaq insan sağlamlığında çox ciddi fəsadlara yol aça bilər.
ANS PRESS sizə soyuq havalarda papaq qoymamağın ağır nəticələrindən söz açır.
İlk növbədə bunu unutmaq olmaz ki, hər kəsin immun sistemi davamlılığı eyni deyil. Kimisinə soyuq tez kimisinə isə zamanla öz təsirini göstərir.
Baş dərisinin soyuqlaması nəticəsində insan orqanizmi müxtəlif infeksiyon xəstəliklərə qarşı həssaslaşır.Burun-udlaq soyuqlamaya çox tez reaksiya verən orqanlardandır. Onların soyuq alması səbəbindən insanda zökəmin, angina, bronxitin və s. iltihabların riski xeyli artır. Xüsusilə bu xroniki angina, xroniki haymorit kimi xəstəlikləri olan insanlar üçün ağır nəticələri ola bilər.
İnsanlar tez-tez rast gəlinən orta qulağın iltihabı xəstəliyi olan otitin yaranmasının əsas səbəbi də məhz qulaqlara soyuğun vurmasıdır. Qulaqlarınız soyuğa həssas orqanlar olduğunu nəzərə alsaq soyuq qulaq sinirinin iltihabına gətirib çıxardar. Nəticədə qulağın zəif eşitməsinə və karlığa səbəb olur.Başın soyuqlamasının ağır nəticələrindən biri də üz sinirlərinin iltihabıdır. Bu müalicəsi çox ağır olan xəstəlik nəticəsində üz əyilir. 
Soyuq vurma bəzən də insanlarda güclü baş ağrıları və kəllə daxili təzyiqin artması ilə nəticələnir.
Bir çox insanların əziyyət çəkdiyi ağır baş ağrıları ilə müşahidə olunan miqren xəstəliyidə məhz başa vuran soyuğun nəticəsidir.
Və ən əsasıda saç formasını qorumaq məqsədilə başınıza qoymadığınız papaq, baş dərinizin damarlarını soyuğun təsiri ilə daralmaqdan qoruyaraq, saç kapliyarlarının normal qidalanmasını təmin edir. 
Odur ki, saçlarınızın tökülməsini istəmirsinizsə qışda başınıza papaq qoymağı unutmayın. Nəzərə alın ki,insana ən böyük gözəlliyi onun sağlamlığı bəxş edir. 

Mənbə: ANS PRESS

4 dekabr 2015
GO BACK