ANS PRESS-in məlumatına görə, bu gün Gürcüstanın sabiq prezidenti, indiki Odessasahəsinin başçısı postunu tutan Mixail Saakaşvili gürcü vətəndaşlığından məhrum olunub. Bu barədə Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili fərman imzalayıb.
Fərman dövlət başçısının rəsmi saytında dərc olunub.
Sənədin mətnində deyilir ki, Mixail Saakaşvili xarici dövlət vətəndaşlığı pasportu alınması ilə əlaqədar vətəndaşlıqdan məhrum edilib.
Mənbə: ANS PRESS