Onun sözlərinə görə, bununla bağlı məsələ dekabrın 3-də ATƏT-in Minsk qrupununhəmsədləri ilə keçirilən görüşdə müzakirə olunub.
İlham Əliyevlə Serj Sarkisyanın görüşünün dəqiq vaxtının bilinmədiyini deyən E.Nalbandyan bildirib ki, görüş böyük ehtimalla dekabrın ortalarında baş tutacaq.
Bundan əvvəl isə xəbər yayılmışdı ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü dekabrın 1-də Parisdə baş tutacaq.
Ermənistan mətbuatı yazırdı ki, Parisdə danışıqlar masasında yeni təkliflər olmayacaq. Tərəflər əsasən atəşkəs rejiminə əməl etmək və danışıqları davam etdirmək məsələlərinin müzakirəsini davam etdirəcəklər.
Mənbə: ANS PRESS