Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ANS PRESS-ə bildirib ki, konsert dahi bəstəkar Üzeyir Hacıbəyovun 130 illik yubileyi ilə əlaqədardır: "Bu sosial layihələrdən biridir. Dahi bəstəkarın yubileyi ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. Bizdə qərara gəldik ki, belə bir lahiyə həyata keçirək. Bu həm də metro istifadəçilərinə xoş əhval-ruhiyyə bəxş etmək məqsədi daşıyır".
N.Paşayev layihənin bu ayın sonun qədər - hər həftənin 5-6-cı günləri olacaq. Konsert proqramını Konservatoriyanın tələbə və məzunları ifa edirlər. Onlar burada həm milli musiqi, həm də klassik musiqilər ifa edəcəklər.
"Bu, insanların stansiyaya giriş-çıxışında da heç bir problem yaratmır. Bu layihə 28 May stansiyasıyla birgə İçərişəhər stansiyasında da davam edəcək".
Mənbə: ANS PRESS