ANS PRESS-in məlumatına görə, 45 min LED lampası ilə işıqlandırılan küknar ağacı 10 ton ağırlığındadır. Təntənəli işıqlandırılma mərasimindən sonra Stinq, Maykl Babl, Endi Qramervə digər ulduzlar səhnəyə çıxıblar.
Onların arasında əfsanəvi italiyalı tenor Andrea Boçelli də olub.
Mərasimə 10 minlərlə adam qatılıb. Rokfeller Mərkəzində bu ənənə 1931 – ci ildən davam edir və Stinq artıq bir neçə dəfə bu mərasimdə iştirak edib.
Rokfeller mərkəzi XX əsrin əvvəllərində məşhur maqnat Rokfeller tərəfindən tikilib.
1987-ci ildə mərkəz rəsmi abidə statusunu alıb. Rokfeller mərkəzi dünyanın ən möhtəşəm arxitektura rəmzi hesab olunur. Onun ən vacib hissələrindən biri 1932-ci ildə inşa olunan dünyanın ən iri teatrı — "Radio City Music Hall"dır. Mərkəzə 70 mərtəbəli "General Electric" binası daxildir. Burada həmçinin İncəsənət mərkəzi də yerləşir.
Avropada da hər il Milad Şamlarını yandırmaq müxtəlif tanınmış şəxslərə həvalə edilir. Fransanın paytaxtı Parisdə Milad küknarını işıqlandırmaq Hollivud aktrisası Keyt Uinsletənəsib olub.
Artıq ABŞ-da Milad və yeni il bayramı hədiyələrinin alış-veriş mövsümü açılıb.
Milli Pərakəndə Satış Federasiyasının hesablamalarına görə, 1 həftə ərzində kütləvi güzəşt kampaniyası ərzində 135 milyona yaxın insan alış-veriş edib.
ABŞ-da artıq 10 ildən çoxdur ki, “Qara Cümə” (Black Friday) günündə Milad və yeni il bayramı hədiyyələrinin alış-veriş mövsümü açılır.
Mənbə: ANS PRESS