Qadin.NET / Bu tələbələr təqaüddən məhrum olunacaq

Bu tələbələr təqaüddən məhrum olunacaq

 

Bu tələbələr təqaüddən məhrum olunacaq

Azərbaycan universitetlərində Bolonya sistemi ilə təhsil alan və həmin sistemə görə semestr ərzində hər hansı bir fənn üzrə 51 bal toplaya bilməyən tələbələr təqaüd almayacaqlar.
Bunu ANS PRESS-ə dövlət başçısının “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” imzaladığı sərəncamı şərh edərkən Təhsil nazirliyindən bildiriblər.
2016-cı ilin fevralından tətbiq edilməyə başlanılacaq qaydalara əsasən, dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, birinci semestrdən sonra təqaüd yalnız yüksək akademik göstəriciləri ilə fərqlənən tələbələrə veriləcək. 
“Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olduqdan sonra birinci semestrdə yalnız dövlət sifarişi ilə qəbul olmuş tələbələr təqaüd alacaq. Sərəncama müvafiq olaraq ödənişli əsaslarla təhsil alan tələbələr təqaüd alma imkanını ikinci semestrdən əldə edəcəklər” , – deyə nazirlikdən bildirdilər.
Bununla da ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrlə yanaşı, pullu əsaslarla ali məktəbə daxil olan, lakin dövlət hesabına təhsil alan qaçqın və məcburi köçkünlər, həmçinin, digər imtiyazlı ailələrdən olan tələbələr yüksək akademik nailiyyətlər göstərdikləri təqdirdə təqaüd ala biləcəklər

Bu tələbələr təqaüddən məhrum olunacaq

 

Mənbə: ANS PRESS

4 dekabr 2015
GO BACK