İki milyarddan çox istifadəçisi olan sosial şəbəkə artıq yeniliyn tədbiqinə başlayıb. Yeniliklə bağlı açıqlama da verilib. Məlumatda qeyd edilir ki, bu, istifadəçilərin yaşamlarını görməyə imkan verəcək canlı video müşahidə və kollaj rəsim xidməti təqdim edilib.
"Artıq Facebook-da paylaşdığınız fotolara da həyat verə bilərsiniz. Bu tədbiq dostlarınız və ailənizin də sizinlə eyni anı yaşamasına kömək edəcək".
Əslində bu xidmət avqust ayından istifadəyə verilib. Lakin çox məhdud sayda istifadəçi ondan faydalana bilib. Bir müddət sonra isə istənilən hər kəs yenilikdən yararlana bilər. İlk olaraq ABŞ-da istehsal və istifadə edilən iPhone istifadəçilərilə istifadəyə başlanılacaq.
Yenilik sayəsində istifadəçi yayın zamanı canlı izləyici və qatılan dostlarının adı, şərhlərini real zamanda görə biləcək. İstəsə videonu zaman tunelindən siləcək və ya sonradan dostlarının izləməsi üçün saxlayacaq.
"Facebook" müntəzəm olaraq yeniliklər etməklə istifadəçilətini sevindirir. Bundan öncə bundan əvvəl şəkil və video paylaşımları mümkün olsa da, GIF formatlı məzmunlarıyayımlamaq imkanı yox idi. Uzun müddətdir gözlənilən bu xüsusiyyət istifadəçilərin əksəriyyətinin ürəyincə olub.
“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zuserkberq paylaşımlara fərqli reaksiyaları ifadə etmək məqsədi ilə “like” düyməsinin yerinə 6 yeni “emodzi” üzərində çalışdıqlarını bildirib.
May ayında isə Facebook anonim qeydiyyatın mümkünlüyü haqda məlumat verilmişdi. Belə ki, sayta daxil olan şəxsə öz qeydiyyatı ilə yanaşı anonim qeydiyyat da təklif edəcək. Bu yolla Facebook milyonlarla istifadəçisinin şəxsi məlumatlarının başqalarının əlinə keçməsinə imkan verməyəcək.
Mənbə: ANS PRESS