Qadin.NET / Azərbaycan ordusunun giziri şəhid oldu

Azərbaycan ordusunun giziri şəhid oldu

Azərbaycan ordusunun giziri şəhid oldu
Azərbaycan Ordusunun giziri şəhid olub.
ANS PRESS-in Müdafiə nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 30-da axşam saatlarında qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu gizir Novruzov Fariz Əlabbas oğlu həlak olub. 
Fakt üzrə Hərbi Prokurorluq tərəfindən hadisənin baş verməsi şəraitinin müəyyən edilməsi üzrə araşdırma aparılıb. Araşdırmanın nəticəsi göstərib ki, gizir F. Novruzov qarşı tərəfdən atılan güllənin sapması nəticəsində şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfi regiondakı çətin hərbi-siyasi şəraitdən öz xeyrinə istifadə etmək məqsədilə vəziyyəti bir qədər də gərginləşdirməyə çalışır. Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq düşmənin fəallaşması cəhdinin qarşısının alınması və şəhidlərin qanının yerdə qalmaması məqsədilə zəruri tədbirlər həyata keçiriləcək.
Noyabrın 30-da qoşunların təmas xəttində qarşı tərəflə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər İsmayılov Elşən Aydın oğlu şəhid olmuşdu
Həmin gün ermənilər daha bir hərbçimizi yaralamışdılar. Qarşı tərəflə döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəsibov Bəhruz Sahib oğlu sol qolundan yüngül yaralanıb.
İlkin tibbi yardım göstərildikdən sonra yaralı əsgər tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.

Mənbə: ANS PRESS

3 dekabr 2015
GO BACK