Qadin.NET / Türkiyədə qar səbəbindən məktəblər tətilə buraxıldı

Türkiyədə qar səbəbindən məktəblər tətilə buraxıldı

 

Türkiyədə qar səbəbindən məktəblər tətilə buraxıldı

Türkiyənin bəzi yaşayış bölgələrində qəfildən yağan güclü qar fəsadlara səbəb olub. ANS PRESS-in məlumatına görə, Bolu vilayətinin Mərkəz, Gerede və Yeniçağ rayonları, Karabük vilayətinin Eskipazar və Ovacıq rayonlarında qar səbəbindən orta məktəblər 1 günlük tətilə buraxılıb. 
Bu barədə məlumatı Bolu Meriyası mətbuat xidməti yayıb. Məlumatda, yollarda yaranmış çətinlik səbəbindən orta məktəblərlə yanaşı dövlət qulluğunda çalışan hamilə və əlil məmurların da iznli sayılacağı bildirilir. 
Bundan başqa Eskipazar və Ovacıq rayonlarının da inzibati rəhbərliyi də Təhsil Nazirliyinə bağlı bütün məktəblərdə 1 günlük tətil elan olunduğunu bildiriblər. 

 

Mənbə: ANS PRESS

3 dekabr 2015
GO BACK