Milli.Az Publika.Az-a istinadən xəbər verir ki, dərmanın tərkibi qocalmanı gecikdirən metformin maddəsindən ibarətdir. Bu maddə hüceyrələrin daha çox oksigen qəbul etməsinə şərait yaradır. Hüceyrələr uzun müddət "gənc" qalır. Heyvanlar üzərində sınaqdan keçirilən bu maddənin ömrü 40% uzatdığı bildirilib. Əgər maddənin tətbiqi uğurlu alınsa, insanlar 70 yaşında 50 yaşındakı kimi görünəcəklər. 110, hətta 120 il yaşamaq mümkün olacaq.İnsanların üzərində aparılan sınaqların tamamlanması və dərmanın istifadəyə verilməsi üçün ən azı 5 il gözləmək lazımdır.
Mənbə: Milli.Az