“Pristsilla ilə qızımıza, “dünyaya xoş gəldin” dediyimiz üçün çox xöşbəxtik.” Mark Facebookda həyat yoldaşının və dünyaya yeni göz açmış qızı Maksın fotosunu paylaşıb.
Mark və həyat yoldaşı Çan dünyaya övladları gəldiyi üçün misilsiz bir xeyirxahlığa imza atıblar. Belə ki,
cütlük “Facebook”a aid səhmlərin 99%-ni “Çan-Zukerberq Təşəbbüsü” adlı fonda bağışlayıblar. Bu səhmlərin dəyərinin 45 milyard dollar olduğu bildirilir.
Mark bildirib ki, “Çan Zukerberq Təşəbbüsü”nün əsas hədəfi, insan potensialının tərəqqisi və bütün uşaqlar üçün bərabərliyin bərqərar olmasıdır. Əsas maliyyə vəsaiti, təlim-tədris, müalicə, insanlar arasında əlaqələrin inkişafı və daha güclü icmaların qurulmasına yönələcək. Zukerberq övladının doğulması ilə bağlı 2 aylıq məzuniyyətə çıxdığını bildirib.
Mənbə: ANS PRESS