Qadin.NET / Ərbəin günündə İmam Hüseynin (ə) ziyarətinin sirri nədir?

Ərbəin günündə İmam Hüseynin (ə) ziyarətinin sirri nədir?

Ərbəin günündə İmam Hüseynin (ə) ziyarətinin sirri nədir?
İmam Hüseynin (ə) Ərbəin günü yaxınlaşdıqca Həzrət Əba Abdullahı (ə) sevənlərin arasında xüsusi bir həyəcan və şövq meydana gəlir. Bəs İmamı (ə) məhz bu gündə ziyarət etməyin sirri nədədir?

Bu batini meyl və istək - adi bir istək deyildir. Din alimləri bizə bir çox şeyləri tövsiyə edirlər, ancaq Ərbəin günündə Seyyidi-şühədanı (ə) ziyarət etməyin hesabı başqadır. (Tebyan)
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bəs niyə məhz bu ziyarəti din alimlərimiz çox tövsiyə edirlər?
Quran bizlərə göstəriş verir ki, möminlər Əyyamullahda gərək yada salınsınlar ki, Allahın bu böyük günləri unudulmasın. Ərbəin - Aşura hadisəsinin davamıdır. Ona görə də Aşura gününü əziz tutmaq üçün ən böyük Əyyamullahdır. Ərbəin günündə Hüseyn (ə) aşiqləri İmamın (ə) hərəminə tərəf hərəkət edərək, onunla əhdlərini təzələyirlər. Bu əhdi təzələməyin ən yaxşı yolu - Kərbəlaya getməkdir. Ona görə də İmam Həsən Əsgəri (ə) Ərbəin günündə İmam Hüseyni (ə) ziyarət etməyi - möminlərin nişanələrindən hesab etmişdir. İmam Həsən Əsgəri (ə) buyurur: "5 şey möminin nişanələrindəndir: onlardan biri Ərbəin ziyarətidir".
İmam Hüseyni (ə) Ərbəin günündə ilk ziyarət edən insan Cabir Ənsari olmuşdur. Dövrün ən böyük alimlərindən olan Ətiyyə ibni Səyid ibni Cənadə Uvfi də onunla bir yerdə idi. Cabir bizlərə İmamı (ə) necə ziyarət etməyin yolları öyrətdi və sonra da şəhid olmuş əziz dostu ilə dərdləşdi. Gah özündən getdi, gah da hönkürüb ağladı.
Aşura İslam dinini ayaqda saxladığı kimi, Ərbəin də Aşuranı ayaqda saxlamışdır. Ərbəin gələn zaman Həzrət Zeynəbdən (s.ə) danışmaq lazımdır. Onun yaralarından və əyləşən halda qıldığı namazlardan. Həzrət Zeynəb (s.ə) - o əzəmətli xanımdır ki, öz xütbəsi ilə Şam camaatını ağlatmışdı.
Ərbəin gələn zaman əsirlər karvanı yada düşür. Aşura hadisəsindən 40 gün keçir və 40 gün göz yaşı tökülmüşdür. Hər bir göz yaşı fəthin və qələbənin xəbərini verir. Sən də əlini sinənə qoy və bu günü Aşuralı ol! 40 gün əza və göz yaşından sonra İmama (ə) uzaqdan da olsa, salam göndər!
Əssəlamu əleykə, ya Əba Abdullah!
Əssəlamu əleykə və rahmətullahi və bərakətuh!

Mənbə: Milli.Az

 

30 noyabr 2015
GO BACK