Qadin.NET / Əliyev Ərdoğana qapıları açdı

Əliyev Ərdoğana qapıları açdı

 

Əliyev Ərdoğana qapıları açdı

Rusiya Türkiyəyə məxsus TIR-ların Mərkəzi Asiyaya gedə bilməməsi üçün müxtəlif maneələr yaratmasından sonra prezident İlham Əliyevin təlimatı ilə yük maşınlarının Azərbaycandan keçməsi asanlaşdırılıb.
ANS PRESS-in məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyinin Beynəlxalq yükdaşımalar dərnəyinin açıqlamasında bildirilir ki, Rusiya üzərindən Qazaxıstan, Qırğızıstan və Tacikistana getmək istəyən Türkiyə dövlət nişanlı yük maşınları bundan sonra Xəzər dənizi dəhlizini istifadə edəcək.
Suriya sərhədində Rusiyaya məxsuss Su-24 bombardmançı təyyarəsinin vurulmasından sonra Türkiyə TIR-ları neçə gündür ki, Gürcüstandan Rusiya ərazisinə buraxılmırdı.İlham Əliyev təlimat verdi
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ötən həftə Bakıda səfərdə olarkən azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə Türkiyə TIR-larının yük daşımasında problemlərin yaranması ilə bağlı məsələ qaldırmışdı. Nazir Məmmədyarov isə məsələni prezident İlham Əliyevə məruzə edib.
Bundan sonra İlham Əliyev Türk TIR-larının tranziti üçün hər cür yardımın edilməsi ilə bağlı təlimat verib. Təlimatdan sonra iki ölkənin səlahiyyətliləri qərara gəlib ki, türk TIR sürücülərinin sərhədi keçməyə dair sənədi olmasa da cəzalandırılmayacaq.

 

Mənbə: ANS PRESS

30 noyabr 2015
GO BACK