Sergey Lavrov: Kamçatkanı bir tərəfə qoyun və Yunanıstandan misal verin. Egey üzərində mütəmadi olaraq “it döyüşü” aparırsınız, amma bir-birinizi vurmursunuz.
Mövlüd Çavuşoğlu: Çünki ölkələrimiz arasında dialoq kanalları həmişə açıqdır. Biz rəsmi Afina ilə həmişə görüşürük. Egey mövzusunda dialoq kanallarımız həmişə açıqdır. Kəşfiyyat xarakterli görüşlərimiz davam edir.
Sergey Lavrov: Bəs bu dialoqu bizə qarşı işlətmədiniz..?
Mövlüd Çavuşoğlu: Heç elə şey olar? Biz sizə dəfələrlə sizə xəbərdarlıq etmişik.
Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu vurulan təyyarənin Türkiyənin hava sərhəddini pozduğunu, rusların bunu çox yaxşı bildiyini, amma öz bildiklərini deməyə davam etdiyini bildirib. Gərginlik siyasətinin hər iki ölkənin ziyanına olduğunu deyən Türkiyənin baş diplomatı Lavrova, Suriyada İŞİD terror qruplaşmasına qarşı birgə əməliyyat keçirilməsini təklif edib. Lavrovun bu fikrə mnüsbət yanaşmadığı bildirilir.
Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq “SU-24”ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb.
Mənbə: ANS PRESS