Milli.Az Dəyərlər.Az-a istinadən bildirir ki, bu funksiyanın əsas hədəfi, mesajlar arasında vacib, əsas olanların yadda saxlanılmasını, daha sonra istifadəçiyə xatırlamağı hədəfləyir. Bu funksiyanı istifadə etmək yollarına gəldikdə isə, hər hansısa bir mesajın üstünə basıb saxladıqda, onun ulduzlanıb-ulduzlanmayacağı variantları istifadəçiyə təqdim ediləcək. Bundan əlavə, ulduzlu mesajların daha sonra, cəm halda oxunması üçün istifadəçilər, WhatsApp-ın söhbətlər bölməsindən, menyuya və ulduzlu mesajlar kataqoriyasına daxil olmaqla, xüsusi mesajları oxuya bilərlər. Funksiyanı aktivləşdirmək üçün WhatsApp-ı GooglePlay-dən yeniləməlisiniz. Buna səbəb isə, bu xüsusiyyətin hələlik yalnız Android əməliyyat sisteminin istifadəçiləri üçün təqdim edilməsidir.
Mənbə: Milli.Az