Qadin.NET / Prezident İlham Əliyev Belarusda səfərdədir

Prezident İlham Əliyev Belarusda səfərdədir

Prezident İlham Əliyev Belarusda səfərdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 28-də Minsk şəhərindəki "Qələbə" meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

Milli.Az Azərtac-a istinadən bildirir ki, meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.Azərbaycanın və Belarusun dövlət himnləri səsləndi.Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçdi.

Mənbə: Milli.Az

28 noyabr 2015
GO BACK