Qadin.NET / Bu ölkədə hicab və niqab qadağan ediləcək

Bu ölkədə hicab və niqab qadağan ediləcək

 

Bu ölkədə hicab və niqab qadağan ediləcək

Estoniyada hicabın və niqabın geyinilməsi qadağan edilə bilər.
ANS PRESS-in məlumatına görə, ölkənin Ədliyyə Nazirliyi bu barədə qanun layihəsini müzakirə etmək üçün onu Estoniyanın digər nazirlik və idarələrinə göndəriblər.
Qanun layihəsində qadınların ictimai yerlərdə, ilk növbədə dövlət, təhsil və tibb müəssisələrində hicab və niqabın geyinilməsini qadağan edir.
Nazirliyin mətbuat xidməti bildirib ki, qanunun əsas məqsədi miqrantlar da daxil olmaqla eston cəmiyyətində və sosial mühitdə vahid - narahatlıq doğurmayan davranış formalaşdırmaqdır. "Mütəxəssislərlə təhlil edəndən sonra ilk növbədə mürəkkəb problemlərin qarısını almaq üçün üzün örtülməsi üçün örtüklərin geyilməsinin məhdudlaşdırılması haqqında müzakirələrin aparılmasını vacib hesab edirəm", - deyə Estoniyanın ədliyyə naziri Urmas Reynsalu bildirib.
Qanun layihəsinin hazırlanması "İstanbul Konvensiyası" kimi də tanınan "Qadına qarşı zorakılıq və məişət zorakılığının qarşının alınması haqqında konvensiya" ilə bağlıdır. 
Estoniya bu razılığı 2014-cü ildə imzalayıb. Konvensiyaya imzanı ölkənin Ədliyyə naziri Andres Anvelt atıb.

 

Mənbə: ANS PRESS

28 noyabr 2015
GO BACK