Qadin.NET / İlham Əliyev Qərbə mesajını göndərdi

İlham Əliyev Qərbə mesajını göndərdi

 

İlham Əliyev Qərbə mesajını göndərdi

Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasının açılışı olub.
ANS PRESS-in məlumatına görə, prezident İlham Əliyev və xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyada iştirak ediblər.
ISESCO-nun Baş Konfransının XII sessiyası “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.
Tədbirdə çıxış edən prezident İlham Əliyev ISESCO-nun Baş Konfransının XII sessiyasının Bakıda keçirilməsini ölkəmiz üçün əlamətdar hadisə adlandırıb: "İlk növbədə, sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. ISESCO-nun Baş Konfransının XII sessiyasının Bakıda keçirilməsi ölkəmiz üçün əlamətdar hadisədir. Çox şadam ki, bu tədbir Bakıda, Azərbaycanda keçirilir. Əminəm ki, qonaqlar ölkəmizin keçmişi, reallıqları ilə tanış olmaq üçün gözəl imkanlar əldə edəcəklər.
Son illər ərzində ISESCO dünya miqyasında çox önəmli beynəlxalq təşkilata çevrilibdir. ISESCO-nun əsas vəzifəsi İslam aləmində elmin, təhsilin inkişafıdır, İslam aləminin zəngin mədəni irsinin qorunmasıdır. ISESCO bu sahədə çox böyük uğurlara nail olubdur. Eyni zamanda, bu gün dünya miqyasında beynəlxalq təşkilatlar arasında da ISESCO-nun öz yeri var. Qeyd etdiyim kimi, son illər ərzində baş direktor əl-Tuveycrinin rəhbərliyi ilə ISESCO dünya miqyasında çox önəmli və böyük nüfuza malik olan təşkilata çevrilibdir.

 

Mənbə: ANS PRESS

27 noyabr 2015
GO BACK