Qadin.NET / Azərbaycanda yeni zavod tikilir

Azərbaycanda yeni zavod tikilir

 

Azərbaycanda yeni zavod tikilir

Ölkədə ilk dəfə neft kimya sənayesi üçün avadanlıqlar istehsal edəcək zavod tikilir. 
ANS TV-nin məlumatına görə, istehsal gücü illik 7 min tona yaxın olacaq zavodda həm də belə qurğuların təmiri nəzərdə tutulur. 
Qaradağ rayonunda tikilən zavodun ərazisi təxminən 2500 kvadrat metr ərazini əhatə edir.Sahibkarlığa

 

Kömək Milli Fondunun maliyyə dəstəyi ilə tikilən müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır. 
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, zavod 2016-cı ildə işə düşəcək. Burada əsas hədəf qeyri-neft və kimya sənayesi üçün avadanlıqların istehsalıdır. Hanısı ki, bu avadanlıqlar həm daxildə kimya sənayesinin inkişafına yönələcək və xarici dövlətlərə istehsal olunacaq. Hazırda idxal olunacaq, dövlətlərin bir çoxu ilə danışıqlar aparılıb.

Mənbə: ANS PRESS

27 noyabr 2015
GO BACK