Qadin.NET / Fransada içki qadağan olundu

Fransada içki qadağan olundu

 

Fransada içki qadağan olundu

Fransanın şimal bölgəsində axşam saat 20.00-dən səhər saat 08.00-ə qədər alkoqollu içki satışına qadağa qoyulub. ANS PRESS-in xəbərinə görə, bu barədə Fransanın şimal bölgəsinin qubernatoru məlumat yayıb. Qubernator, zorakılıq hadisələrinin qarşısını almaq üçün bu addımı atdıqlarını deyib. 
“Zorakılıq hadisələrinə səbəb olduğu üçün axşam saat 20.00-dən shər 08.00-ə qədər ictimai yerlərdə içki içməyi və içki satışını qadağan elədik. Qadağaya riayət etməyənlər 150 avro məbləğində cərimə olunacaq.” 
Qadağanın, ölkədə fövqəladə hal bitənə qədər davam edəcəyi bildirilir. Şimal bölgəsi; Lill, Rube, Turkuen və Fünkerk şəhərlərini əhatə edir. 
Fransanın paytaxtı Parisdə noyabrın 13-də törədilən terror aktından sonra ölkədə fövqəladə vəziyyət elan olunub. Ölkə parlamenti və senat fövqəladə vəziyyətin 3 ay davam etməsi üçün qanun layihəsini təsdiq edib. 
Noyabrın 13-də Parisdə 132 nəfərin ölümü, 351 nəfərin yaralanması ilə nəticələnən ardıcıl 7 terror hadisəsi törədilib. Hadisə zamanı 7 terrorçu məhv edilmiş, teraktın məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü. 

 

Mənbə: ANS PRESS

27 noyabr 2015
GO BACK