Qadin.NET / İşsizlik sığortası kimlərə veriləcək?

İşsizlik sığortası kimlərə veriləcək?

 

İşsizlik sığortası kimlərə veriləcək?

İş yerini itirənlər işsizlik sığortası ilə aylıq ödəniş ala biləcəklər.

 

İş yerini itirənlər işsizlik sığortası ilə  aylıq ödəniş ala biləcəklər.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan yeni işsizlik sığortası layihəsində əsas məqsəd  işsizləri yeni iş axtarmağa sövq etməkdir. Bu sığorta ödənişinin miqdarı isə şəxsin işdən çıxma səbəbi və iş stajına uyğun olaraq hesablanacaq.Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirirk i, iş yerinə itirənlər  və iş tapa  bilməyənlər  aylıq ödəniş ala  biləcəklər. Bu Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinin hazırladığı icbari işsizlik sığortası haqqında qanun layihəsində əks olunub.Əgər  şəxs iş yerini itirbsə, ona stajına uyğun olaraq sığorta ödənişi olunacaq.Lakin bu, işini  son 1 ildə  itirənlərə  şamil ediləcək.Əgər tələbə universiteti bitirib və iş tapa bilmiyəbsə, Dövlət məşğulluq xidmətinə müraciət edir. 11 gün müddətinə həmin şəxsə cavab gəlmirsə, o vətəndaş  işsiz statusu alır  və  minimum həyat səviyyəsinə uyğun olaraq, 131 manat  ödəniş olunur.Lakin sığorta ödənişinin miqdarına şəxsin işdən çıxma səbəbi də təsir edəcək.Sığorta ödənişi alan şəxs hər ay Dövlət Məşğulluq xidmətinə müraciət etməldir. Əks halda o şəxsin  ödəniş dayandırılacaq.Eyni zamanda, ixtisasa uyğun təklif olunan işlərlə razılaşmayanlara da   bu ödənişlər  verilməyəcək.Yeni Qanun layihəsi  müzakirələrdən  sonra, Nazirlər kabinetinə təqdim olunacaq.

Mənbə: Milli.Az

27 noyabr 2015
GO BACK