Qadin.NET / Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi

Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi

 

Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi

Estoniyanın "Velmenni" şirkəti ofislərdə Li-Fi texnologiyasını test edib.

 

Milli.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki, şirkət bu texnologiya ilə 1 Qbit/san sürətə çatdığını açıqlayıb. Bu da orta statistik Wi-Fi şəbəkəsi ilə müqayisədə 100 dəfə çox sürət deməkdir.Li-Fi şəbəkəsi üzərində iş 2011-ci ildən başlayıb.Şəbəkədə məlumatlar nanosaniyələr içində LED işıqlarla ötürülür. Texnologiyanın tək çatışmazlığı budur ki, işıq şüaları Wi-Fi kimi divarlardan keçə bilmir. Lakin, bu amil şəbəkəni daha təhlükəsiz edir."Velmenni" şirkətinin direktoru Deepak Solanki bildirib ki, texnologiya növbəti yaxın 3-4 il ərzində istifadəyə verilə bilər.

Mənbə: Milli.Az

27 noyabr 2015
GO BACK