İsveçin paytaxtı Stokholmda keçiriləcək "Eurovision - 2016" beynəlxalq mahnı müsabiqəsində 43 ölkənin iştirak edəcəyi təsdiqlənib.
Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə müsabiqənin rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.Bu dəfə müsabiqəyə bir illik fasilədən sonra Ukrayna qayıdıb. Sonuncu dəfə 2012-də yarışda iştirak edən Bosniya və Herseqovina həmçinin ilk dəfə 2014-də iştirak edib və 5-ci yeri qazanan Avstraliya "Eurovision 2016" iştirak etmək imkanı əldə edib.Beləliklə, müsabiqədə bu ölkələr iştirak edəcək: Azərbaycan,Albaniya, Avstraliya, Avstriya, Almaniya, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, İsveç, Fransa, Makedoniya, Gürcüstan, Ermənistan, Yunanıstan, Macarıstan, İrlandiya, İslandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova. Çernaqoriya, Niderland, Norveç, Polşa, Rumıniya, Rusiya, San Mario, Serbiya, Sloveniya, İspaniya, İsveçrə, Ukrayna və Böyük Britaniya.Qeyd edək ki, "Eurovision 2016" mahnı müsabiqəsinin qalibi İsveç təmsilçisi Mons Zelmerlov olub. Azərbaycanı təmsil edən Elnur Hüseynov isə müqabiqədə "Hour of the wolf" mahnısı ilə 12-ci yeri tutub. Elnur Hüseynov Avstriyanın paytaxtı Vyanada keçirilən mahnı müsabiqəsinin final mərhələsində iyirmi dördüncü nömrə altında çıxış edib. O, müsabiqədə İsveç bəstəkarları Sandra Byurman, Nikolas Rebşer, Lina Hansonun bəstələdikləri "Hour of wolf" mahnısını ifa edib.
Mənbə: Milli.Az