Maşınlardan ibarət yardım karvanı Kilis şəhərindən Suriyaya keçid edəndə vurulub.
Maşınlar hava hücumunun hədəfi olublar. Anadolu agentliyinin məlumatına görə, hava hücumu nəticəsində 7 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Hadisə nəticəsində 20 TIR yanıb. Çox sayda maşına ziyan dəyib.
Maşınlar suriyalılara yardım daşıyırdı. İddiaya görə, maşınları rus təyyarələri vurublar.
Mənbə: ANS PRESS