Qadin.NET / Telefonlar "Wi-Fi" ilə enerji yığacaq

Telefonlar "Wi-Fi" ilə enerji yığacaq

Telefonlar "Wi-Fi" ilə enerji yığacaq
Vaşinqton Universitetində işləyən alimlər "Wi-Fi"-ın köməyi ilə mobil qurğuları enerji ilə doldurmağa imkan verəcək "Power Over Wi-Fi" texnologiyasını hazırlayıblar.

İstehsalçı bildirib ki, bu texnologiya "Jawbone" fitnes bilərziyini 2,5 saat ərzində 41 faizədək enerji ilə doldura bilir. Qeyd edək ki, cihaz siqnal mənbəyindən 8,5 metr məsafədə yerləşib.
 Milli.Az İctnevs.Az-a istinadən xəbər verir ki, sözügedən texnologiyanın əsas özəlliyi ondadır ki, eyni zamanda həm cihazı enerji ilə doldurmaq, həm də "Wi-Fi" şəbəkəsindən istifadə etmək mümkün olacaq. Mütəxəssislər bildirirlər ki, hazırda belə texnologiya aşağı sərfiyyatlı qurğuları enerji ilə doldurmaq gücündədir.

Mənbə: Milli.Az

 

26 noyabr 2015
GO BACK