Qadin.NET / Emin ayrıldığı Leyla və qızı Əminədən danışdı

Emin ayrıldığı Leyla və qızı Əminədən danışdı

Emin ayrıldığı Leyla və qızı Əminədən danışdı
"Biz ayrılmışıq. Amma bu o demək deyil ki, Leyla ilə yad adamlar olmuşuq. Bizim çox gözəl münasibətlərimiz var və bunları heç zaman korlamaq mümkün deyil". ANS PRESS-in məlumatına görə, bunu 7days.ru saytına açıqlamasında Rusiyada yaşayan azərbayacanlı iş adamı, müğənni-bəstəkar, Azərbayacan przidenti İlham Əliyevin böyük qızı Leyla Əliyevanın keçmiş həyat yoldaşı olan Emin Ağalarov deyib. 
İş adamı oğlanlarından, L.Əliyevanın övladlığa götürdüyü balaca Əminədən danışıb. Əminəyə doğma qızı kimi yanaşan ifaçı ilk növbədə valideyn olduqlarını xatırladıb. "Oğlanlarımız Əli və Mikayıl hər zaman öndədir. Statusa görə biz azadıq. Amma Leyla ilə bizim, uşaqlarla, nənə, babalarla böyük ailəmiz var". Müğənni L.Əliyevanın bir müddət öncə övladlığa götürdüyü 1,5 yaşlı Əminə iləmünasibətidən də bəhs edib. O, deyib ki, Əminə hələ çox balacadır. Lakin buna baxmayaraq o Leyla, hər iki tərəfdən olan nənə, babaları, 7 yaşlı oğlanları və onun üçün böyük xoşbəxtlikdir. "O dəcəldir. Oğlanları qovur, onların konstruksiyalarını qırır, onlar onunla bacarmırlar, xətrinə dəyməkdən çəkinirlər. Böyüklər onu müdafiə edirlər. Oğlanlar inciyirlər. "Ata biz buna son qoymalıyıq. O bizim bütün oyuncaqlarımızı sındırdı, o utanmır!?". Mən isə onlara izah edirəm ki, siz də balaca olanda mənim oyuncalarımı sındırırdınız. Amma mən sizə hislənmirdim, dözürdüm. Siz onun balaca aolduğunu anlamalısınız". 
Gərgin iş qrafikinə baxmayaraq Emin hər gün uşaqları ilə daha çox vaxt keçirməyə çalışır. Onun sözlərinə görə, hər 7-10 gündən bir onların yanına Bakıya uçur. Növbəti həftə isə onlar Eminin yanaına gedirlər. 
Əminə hələ gəlmir. Çünki o belə ciddi uçuşlar üçün çox kişikdir. "Bir az da böyüməlidir. Ondan sonra Əli və Mika ilə mənim yanıma gələcək. Oğlanları isə mən özümlə işə, məşqə, görüşlərə aparıram ki, daima yanımda olsunlar". 

Mənbə: ANS PRESS

25 noyabr 2015
GO BACK