Qadin.NET / Prezidentdən rabitə nazirliyinə yeni təyinat

Prezidentdən rabitə nazirliyinə yeni təyinat

Prezidentdən rabitə nazirliyinə yeni təyinat
Ramin Quluzadə Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub.
Bu barədə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir: "Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilsin. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".
ANS PRESS-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə birinci müavin vəzifəsinə təyin edilən Ramin Quluzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.
Bundan öncə adıçəkilən qurumda nazir vəzifələrini birinci müavin olan İltimas Məmmədov icra edib. Onun ANS PRESS-ə verdiyi məlumata görə, hazırda nazirin vəzifələrini R.Quluzadə icra edir. Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunan Ramin QuluzadəHeydər Əliyev Fondunda çalışıb. 
Ramin Quluzadə Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə“Tərəqqi” medalı ilə təltif edilib.
1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magist dərəcəsi ilə bitirib. 
Müstəqil Azərbaycanın ilk rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov noyabrın 12-də Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.
Prezidentdən rabitə nazirliyinə yeni təyinat
Ramin Quluzadə - rabitə və yüksək texnologiyalar nazirinin müavini

Mənbə: ANS PRESS

25 noyabr 2015
GO BACK