30 yaşdan sonra evlənənlərin ailə həyatına daha tez son qoyduqları ortaya çıxıb.
Milli.Az Publika.Az-a istinadən xəbər verir ki, Yuta Universitetinin əməkdaşları dünyanın bir çox ölkəsində apardıqları sorğulardan sonra bu qərara gəliblər. Məlum olub ki, gənc yaşda evlənənlərin boşanma ehtimalı daha azdır. Gənc cütlüklər birlikdə yetkinləşdiklərindən bir-birlərini daha yaxşı başa düşürlər. Mütəxəssislər bildirirlər ki, 30 yaşdan sonra evlənənlər arasında son 20 ildə boşanma hallarının sayı kəskin şəkildə artıb.Sorğuların ortaya çıxardığı nəticələrin maraqlı cəhətlərindən biri də 45 yaşdan sonra evlənənlərin və ikinci dəfə ailə quranların da boşanma ehtimallarının az olmasıdır.
Mənbə: Milli.Az