Qurum məlumat yaydı.
Bakı Metropoliteni noyabrın 26-da gecə saat 01:00-dək işləyəcək.Milli.Az oxu.az-a istinadən bildirir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 26-da Bakıda İngiltərənin "Tottenhem" komandasını qəbul edəcək "Qarabağ" klubu bununla bağlı quruma müraciət ünvanlayıb.Metropoliten rəhbərliyi klubun müraciətini müsbət cavablandırıb. Ehtiyac olacağı təqdirdə, bu müddətin daha da uzadıla biləcəyi bildirilir.Qeyd edək ki, "Qarabağ" - "Tottenhem" oyunu saat 22:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Mənbə: Milli.Az