Qadin.NET / Prezidentin rektorları işdən çıxarmasının səbəbi

Prezidentin rektorları işdən çıxarmasının səbəbi

 

Prezidentin rektorları işdən çıxarmasının səbəbi

Xəbər verdiymiz kimi bu gün prezident İlham Əliyev 4 rektorun işdən azad olunması barədə sərəncam imzaladı.

 

Prezident sərəncamlarına əsasən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov vəzifəsindən azad ediliblər.Milli.Az anspress-ə istinaadən bildirir ki, bu 4 rektorun vəzifəsindən azad edilməsinin səbəbi isə onların rektorluqdan imtina etməsidir. Çünki bu il noyabrın 1-də keçirilən parlament seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyası bəyan edilmişdi ki, rektor vəzifəsində çalışan partiya üzvləri millət vəkili seçildikdən sonra vəzifələrindən azad ediləcəklər.YAP-ın icra katibinin müavini Siyavuş Novruzov bildirmişdi ki, partiya tərəfindən irəli sürülmüş rektor namizədlər deputat seçildiyi təqdirdə rektorluq vəzifələrindən imtina edəcəklər.YAP-ın seçkidən əvvəl açıqladığı siyahıda rektorlardan Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibbi Universiteti) və Ağacan Abiyevin (Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) də adı var idi.Adları bu il namizədlik siyahısında olmayanlar isə, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU)rektoru Gülçöhrə Məmmədova idi.Bu ilki parlament seçkilərinə kimi Milli Məclisdə azı 10-a yaxın rektor millət vəkili var idi. Bunlar Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrrəmli, Azərbaycan Dövlət Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Müəllimlər Universitetinin rektoru Aqiyə Naxçıvanlı, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abıyev, Odlar Universitetinin rektoru Əhməd Vəliyevdir.Onlardan bəziləri millət vəkilliyindən imtina edərək rektor vəzifəsində qalmağa üstünlük veriblər. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrrəmli və Odlar Universitetinin rektoru Əhməd Vəliyev belə rektorlardandır.

Mənbə: Milli.Az

25 noyabr 2015
GO BACK