Qadin.NET / Bu gün yeni əsginaz dövriyyəyə buraxılır

Bu gün yeni əsginaz dövriyyəyə buraxılır

 

Bu gün yeni əsginaz dövriyyəyə buraxılır

Avrozonada yeni 20 euroluq əsginaz bu gün dövriyyəyə buraxılacaq. Milli.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankı (ECB) açıqlama verib. Açıqlamada, çərşənbə günü dövriyyəyə buraxılacaq əsginazı saxtasından ayırmağın daha asan olacağı bildirilib. Belə ki, əsginazın üzərindəki holoqram zolağında, işığa tutulduğu vaxt şəffaflaşan portret pəncərəsi görünəcək. 

 

Açıqlamada, yeni əsginazdan 4.3 milyard euro məbləğində çap olunduğu, yeni pulun yavaş-yavaş köhnənin yerini tutacağı, amma köhnə əsginazın da dövriyyədə qalacağı bildirilib. ECB İdarə heyətinin üzvü İv Merş (Yves Mersch) nəğd pulun hələ də əhəmiyyətli bir ödəmə vasitəsi olduğunu deyib: "Nəğd pul əvvəllər olduğu kimi yenə də əhəmiyyətli bir ödəmə vasitsi olmağa davam edir. Yeni 20 euroluq əsginazın dövriyyəyəyə buraxılması bunun konkret nümunəsidir".

Mənbə: Milli.Az

25 noyabr 2015
GO BACK