Qadin.NET / Apple istifadəçilərinə şad xəbər

Apple istifadəçilərinə şad xəbər

Apple istifadəçilərinə şad xəbər
Milyonlarla iPhone və iPad satmağa davam edən Apple  texniki xidmət sahəsindəki sıxlığı yeni mobil tətbiqiylə azaltmaq niyyətindədir.

Milli.Az Xəbərlər.Az-a istinadən xəbər verir ki, Apple tətbiqlə bağlı rəsmi  açıqlama verməsə də, "uSwitch" tətbiqinə  aid  ekran görüntüləri mediaya sızıb.Belə kiApple-ın istifadəyə verəcəyi mobil tətbiqi iPhone və iPad-ə yükləndikdən  sonra  bu cihazlarla bağlı  müxtəlif statistikalar istifadəçinin Apple ID-ə gələcək.Tətbiqin daxilində Apple-ın  cihazların işləmə mexanizmi ilə bağlı  hazırlamış olduğu sual-cavab şəklində mətnlər də yerləşdiriləcək.Beləliklə, istifadəçilər telefonlarında qarşılaşdıqları problemlə bağlı  axtardıqları sualların cavabını tətbiqdən istifadə etməklə vaxt itkisi və təhlükəsizlik problemi yaşamadan rəsmi şəkildə  Apple-dan öyrənə biləcəklər.

Mənbə: Milli.Az

 

24 noyabr 2015
GO BACK