Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən Trend-ə bildirilib ki, artıq Yevlax və Şirvanda iki laboratoriya tikilib, Xaçmazda isə laboratoriya binası tikilməkdədir:"Laboratoriyaların tələb olunan avadanlıqlarla təchiz edilməsi, tam təmir edilməsi, mütəxəssislər üçün treninqlərin keçirilməsi nəzərdə tutulur. Laboratoriyalar yaxın vaxtlarda işləməyə başlayacaq".Xidmətdən deyilib ki, ümumilikdə 8 bölgədə referent laboratoriyaların tikilməsi nəzərdə tutulub. Bu laboratoriyaların istifadəyə verilməsi məhsulların tərkibinin bazara çıxarılmamışdan əvvəl yoxlanılmasına imkan verəcək.
Mənbə: Milli.Az