Azərbaycan parlamentinin spikeri seçildi
Bu gün V çağırış Milli Məclisin ilk iclasında Oqtay Əsədov Milli Məclisin spikeri seçilib.Trend-in məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin sədri vəzifəsinə deputat Oqtay Əsədovun namizədliyi irəli sürülüb.O.Əsədov Milli Məclisin sədri vəzifəsinə namizədliyinin irəli sürülməsinə görə Yeni Azərbaycan Partiyasının sədrinə və partiya həmfikirlərinə minnətdarlığını bildirib.O.Əsədov gizli səsvermə ilə yenidən Milli Məclisin spikeri seçilib.\
Mənbə: Milli.Az
24 noyabr 2015
GO BACK