Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərində keçirilən ağır atletika üzrə olimpiya lisenziyali dünya çempionatının üçüncü yarış günü komandamız hesabına ilk qızıl medalını yazdırıb.
ANS TV-nin məlumatına görə, bu uğuru komandamıza 58 kq-da Mundial ölkəmizin şərəfini qoruyan, qadın ağırlıq qaldıran Boyanka Kostova-Minkova qazandırıb.
Cari mövsüm Avropa Çempionatında hamıdan güclü olan ağır atletimiz Mundialda da rəqiblərinə yuxarıdan aşağı baxıb. Birdənqaldırmada Boyanka ikinci cəhddən 109 kq-ğ ağırlığı ram edib.
Çinli dünya çempionu Ben Mujunq isə bu növdə çıxışını 108 kq-la bitirib. Atletimiz birdənqaldırmada birinciliyi özünə təmin etsə də, üçüncü cəhdində rekordu yeniləmək qərarına gəlib. Boyankanın 112 kq-lıq ştanqa yaxınlaşması uğurlu alınıb. Çəkini çox rahatlığla başı üzərinə qaldıran Boyanka Kostova Minkova adını tarixə yazıb.
Mənbə: ANS PRESS