Qadin.NET / İlham Əliyevlə Sarkisyan dekabrın 1-də görüşəcək

İlham Əliyevlə Sarkisyan dekabrın 1-də görüşəcək

İlham Əliyevlə Sarkisyan dekabrın 1-də görüşəcək
Azərbaycan və Ermənistan prezidentlərinin görüş vaxtı açıqlanıb. ANS PRESS-in məlumatına görə, bu barədə İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşü dekabrın 1-də Parisdə baş tutacaq. 
Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların yeri və zamanı barədə "Qraparak" qəzeti yazıb. 
Nəşr yazıb ki, Parisdə danışıqlar masasında yeni təkliflər olmayacaq. Tərəflər əsasən atəşkəs rejiminə əməl etmək və danışıqları davam etdirmək məsələlərinin müzakirəsini davam etdirəcəklər. Fransanın paytaxtında Birləşmiş Millətlər Təşkilatının 2-ci konfransı keçiriləcək. Prezident İlham Əliyev noyabr ayının 29-30-da yenidən Fransaya gedəcək. Prezidentin səfəri haqqında Fransanın Azərbaycandakı səfiri Orelia Buşez danışıb. Bu, noyabr ayı ərzində İlham Əliyevin Fransaya ikinci səfəri olacaq.
İki ölkə prezidentinin görüşü barədə bir neçə gün öncə də məlumat yayılmışdı. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov İlham Əliyevlə Serj Sarkisyanın görüşü yaxın həftələrdə baş tutacağını demişdi. "Görüşün hansı gün və harada keçiriləcəyi barədə məlumatı prezident aparatı bildirəcək".
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik oktyabrın 26-da İrəvanda səfərdə olarkən ilin sonuna kimi prezidentlərin görüşünü təşkil etmək niyyətində olduqlarını qeyd etmişdi.
Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiriNovruz Məmmədov isə jurnalistlərə açıqlamasında Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın görüşü barədə qərar hələ qəbul olunmadığını deyib. "Pprezident İlham Əliyev dəfələrlə bəyan edib ki, rəsmi Bakı görüşlərdən yayınmır və görüşməyə hazırdır".
N.Məmmədovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə doğru hər hansı addım üçün şəraitin yaradılacağına dair əminlik olarsa, görüş baş tuta bilər.

Mənbə: ANS PRESS

24 noyabr 2015
GO BACK