Qadin.NET / Putin İrana nadir Quran apardı

Putin İrana nadir Quran apardı

 

Putin İrana nadir Quran apardı

İranda səfərdə olan Rusiya Federasiyası prezidenti Vladimir Putin İslam İnqilabının Ali Rəhbəri Ayətullah Əli Xamneyi ilə görüşüb.
Putin Xamneyi ilə görüşdə Suriya məsələsi də daxil olmaqla enerji tərəfdaşlığı, ikitərəfli münasibətlər və sairə bir sıra məsələləri müzakirə edib. Onların arasında danışıqlar 1,5 saat davam edib. ANS PRESS-iun məlumatına görə, görüşdən sonra Rusiya lideri iranlı dini liderə müqəddəs kitab olan Qurani Kərim bağışlayıb. Qurani Kərim qədim əlyazısıdır. V.Putinin İrana səfəri ötən gün başlayıb. Bu son 8 ildə Rusiya liderinin İran İslam Respublikasına ilk səfəridir. Rusiya liderinin İranın paytaxtına gəlmə səbəbi Qaz İxracatçıları Ölkələri Forumunda (QİÖF) iştirakı ilə bağlıdır.
Səfər çərçivəsində Vladimir Putinin İranın ali dini lideri Əli Xameneidən başqa ölkə prezidenti Həsən Ruhani ilə görüşüb. 

 

Mənbə: ANS PRESS

25 noyabr 2015
GO BACK