Avtomobil çirkli olduğundan dövlət qeydiyyat nişanı görünmür.Xüsusilə də yağışlı havalarda bəzi sürücülər avtomobilin həm ön, həm də arxa nömrələrini çirkli saxlayırlar. Dövlət Yol Polisi isə xəbərdarlıq edir, "belə sürücülər dərhal cərimələncəklər".Bəzi sürücüləri qayda pozuntularını ört-basdır etmək üçün avtomobilin nömrəsini qəsdən çirkli saxlayır. Onlar belə olanda avtomobilin radara düşməyəcəyini zənn edirlər. Ancaq belələri bilməlidir ki, yeni radarların əksəriyyəti nömrələri təkcə rəqəm və hərflərə görə oxumur, orada yerləşdirilmiş mikroçiplər də avtomobili müəyyən edir. Belə sürücüləri aşkar edildikdə əlavə cərimə ödəmək məcburiyyətində qalacaqlar.
Mənbə: Milli.Az