Рђzərbaycan milli cizgi filmlərinin vəziyyəti elə də ürəkaçan deyil.
ANS PRESS-in məlumatına görə, bu gün Azərbaycan istehsalı olan barmaqla sayılacaq qədər az cizgi filmləri var. Məsələn: "Pişik", "Abbasın bəlası", "Danışan alovlar", "Qırmızı, qara və başqaları", "Cırtdan", "Fitnə", "Tülkü Həccə gedir" və s.
Adı çəkilən bu cizgi filmlərinin məzmununa nəzər yetirsək, onlarda balacalarımıza örnək olacaq anlara az rast gəlinər.
Baxın, uşaqlarımızın, eyni zamanda özümüzün də dəfələrlə izlədiyimiz "Tıq-tıq xanım" cizgi filmində tülkünün siqaretçəkmə səhnəsi, çobanın əlindəki çomağı ilə zorakılıq aşılayan səhnəsi, Siçan bəyin Xan evindən oğurluq etməsi uşaqlarımızın tərbiyəsinin formalaşmasına mənfi təsir göstərir."Tülkü həccə gedir" filminə də nəzər yetirsək, orada da bəzi xoşagəlməz anların olduğunu aydın şəkildə görə bilərik. Filmdə tülkünün dindən istifadə edərək simasını necə dəyişdiyini, hiylə və ikiüzlülüyü görmək olar. Bu filmə baxan uşaq da düşünəcək ki, məqsədə çatmaq üçün bütün yollardan istifadə etmək olar. Yəni istəyinə çatmaq üçün yalan da danışa bilərsən, ikiüzlülük də edə bilərsən.
Bu gün hamımızın sevə-sevə izlədiyi "Maşa və ayı" cizgi filmində də Maşanın nadincliyi, istədiyi hər şeyi etməsi, tərsliyi, əslində, uşaqlarımızın daha çox yadda saxladıqları anlardır. Çünki balacalar pis vərdişləri, yaxşı vərdişlərdən daha tez görüb-götürməyə üstünlük verirlər.Cizgi filmlərimizin tək problemi onların məzmunundan ibarət deyil. Bəzi filmlərin yaxşı səsləndirilməməsi, rənglərinin cəlbedici olmaması, bəzilərin isə uşaq fantaziyalarından daha çox böyüklərin dünya görüşünə uyğun olması onlara olan marağı da azaldır.
Odur ki, uşaqlarımız milli cizgi filmlərdən daha çox xarici filmlərə baxmağı üstün tuturlar. Əslində, bunun səbələri də var. Bu ilk növbədə cizgi filmlərinə ayrılan vəsaitdə özünü göstərir. Məsələn ABŞ-ın "Şrek" cizgi filminin bir seriyasına 60 milyon dollar xərclənib.Amma Azərbaycanda bu məbləğ yetərincə deyil.Obrazları səsləndirən aktyorların məvacibinə gəlincə, Hollivudun kino ulduzları səsləndirdikləri animasiya filmində tələffüz olunan sözlərə görə 2500 dollar məbləğində pul alırlar.
Məsələn, az öncə də adını çəkdiyim "Şrek" filminin Şreki Antonio Banderas səsləndirir. Bundan başqa, "Shark Tale" ( Köpək balığının hekayəsi ) cizgi filmini isə Will Smith, Robert De Niro, Angelina Jolie, Shelly Morrison, Mark Swift və s. dünya şöhrətli aktyor və aktrisalar səsləndirib.
Mənbə: ANS PRESS