Qadin.NET / Azərbaycanlı Belarusu alma cənnətinə çevirdi

Azərbaycanlı Belarusu alma cənnətinə çevirdi

Azərbaycanlı Belarusu alma cənnətinə çevirdi
Azərbaycanlı fermer Belarusu alma cənnətinə çevirdi. ANS PRESS-in məlumatına görə, ölkənin şimalında - Dubrovenski rayonunda əsən azərbaycanlı olan fermer alma bağları salıb. 
Məlumata görə, hələ sovet ittifaqı dağılmamışdan öncə - 1990-cı ildə Süleyman Hacıyev Belarusda aqronom ixtisası üzrə təhsil almağa yollanıb. Sonradan isə bu ölkədə yaşayıb. Bir müddət ixtisası üzrə çalışıb, sonradan bizneslə məşğul olub. 
S.Hacıyev on ildən çoxrdur ki, alma yetişdirməklə məşğul olur. Nə üçün almanı seçməsini isə o uşaqlığının meyvə bağlarında keçməsi ilə izah edir. Qardaşı ilə Belarusa gələndən sonra da ailə ənənələrini davam etdirmək qərarına gəlib. Fermer ilk bağını 2004-cü ildə salıb. Ağacların bir hissəsini hazır alıb, bəzilərini isə özü yetişdirib. İndi 24 hektarlıq bağda alma, armud, alça, böyürkən və sairə ağac və kolları var. Onların ümumi sayı isə 50 minə yaxındır. 
O, həm yaşadığı ərazini, həm də ölkənin bir hissəsini alma ilə təmin edir. Azərbaycanlı fermerin uğuru hətda Belarus televiziyasının da diqqətini çəkib. 

Mənbə: ANS PRESS

23 noyabr 2015
GO BACK