TBMM-də spikerliyə namizədin birinci və ikinci turda seçilə bilməsi üçün 367 millət vəkilinin dəstəyini alması lazımdır. İlk iki turda 367 səs toplanmasa üçüncü tur keçirilir. Üçüncü turda bir namizədin spiker olması üçün 550 millət vəkilinin yarıdan bir çoxunun (276) səsini toplaması lazımdır. Bu olmadığı təqdirdə isə 4-cü turda ən çox səsi toplayan namizəd TBMM-nin spikeri olur.
İlk 2 turda lazım olan səsi toplaya bilməyən İsmayıl Kahraman 3-cü turda 316 səslə TBMM-nin yeni spikeri olub.
Spiker seçildikdən sonra İsmayıl Kahraman çıxış edərək ona səs vermiş millət vəkillərinə öz təşəkkürünü bildirib.
“TBMM spikerliyi kimi ali vəzifəni verərək mənə göstərdiyiniz etimada təşəkkür edirəm. Vəzifəmiz müddətində görəcəyimiz işlərin millətimizin dincliyinə, xöşbəxtliyinə, dövlətimizin inkişafına dəstək olmasını təmənna edirəm. Həyata keçirəcəyimiz icraedici fəaliyyətlərimiz konstitusiya və daxili nizamnaməyə uyğun olaraq tərəfsizlik prinsiplərinə uyğun aparılacaq. Partiyalarımız, parlamentin fəaliyyəti üçün qarşılıqlı hörmətin qorunması üçün lazımi həssaslığı göstərəcəkdir.”
İsmayıl Kahraman 1940-cı ildə Türkiyənin Rize şəhərində dünyaya gəlib. “İstanbul” universitetinin hüquq fakultəsini bitirb. “Tələbə Cəmiyyəti”nin sədri, “Milli Türk Tələbə Birliyi”nin prezidenti, “Birlik” fondu və “Türkiyə Könüllü Təşəkküllər” fondunun qurucusu və idarə heyətinin sədri, Əmək Nazirliyində müşavir, həmçinin 20, 21-ci çağırış TBMM-nin millət vəkili və mədəniyyət naziri olub. Hazırda “Rəcəb Tayyib Ərdfoğan” universiteti “İnkişaf” fondu qurucular məxlisinin üzvü və idarə heyətinin sədridir.
1 noyabr 2015-ci ildə keçirilən növbədən kənar parlament seçkisində İ(stanbuldan millət vəkili seçilib. Ailəlidir və 4 övladı var.
Mənbə: ANS PRESS