Qadin.NET / "Türkmənlərin mövcudluğu təhlükə altındadır"

"Türkmənlərin mövcudluğu təhlükə altındadır"

"Türkmənlərin mövcudluğu təhlükə altındadır"
Suriyaya Vahid Yardım Mərkəzinin rəhbəri Orhan Mohamad bu ölkədəki türkmənlərin mövcudluğunun təhlükə altında olduğunu bildirib.

APA-nın məlumatına görə, bunu Anadolu Agentliyinə müsahibəsində deyən O.Mohamad bölgənin demoqrafik xəritəsinin dəyişdirilməsinin planlaşdırıldığını qeyd edib."Beynəlxalq ictimaiyyətin buna biganə qalmaması lazımdır. Amma biz beynəlxalq ictimaiyyətdən ümidimizi kəsmişik", - deyə O.Mohamad qeyd edib.Türkmənlərin 40 ildir Suriyada təzyiq altında əziyyət çəkdiyini bildirən O.Mohamad hazırda yaşananların dözülməz olduğunu qeyd edib: "Türkmənlərdən Vətən torpaqlarını tərk etmələrini tələb edirlər. Mülki əhalinin qorunması lazımdı".Qeyd edək ki, Suriyada Əsəd qüvvələri ilə türkmən birlikləri arasındakı döyüşlər iki strateji nöqtədə- Qızıldağ və Burj Əl Kasab çevrəsində davam edir.  Bu gün də türkmən kəndlərinə havadan və qurudan hücumlar davam edib.

Mənbə: Milli.Az

 

23 noyabr 2015
GO BACK