Qadin.NET / Vanqa onun ölümünü bir il öncədən bilibmiş - Şok öngörü

Vanqa onun ölümünü bir il öncədən bilibmiş - Şok öngörü

Dünyanın ən ünlü mediumlarından biri Vanqa ilə bağlı daha bir məlumat yayılıb.Milli.Az Axar.Az-a istinadən xəbər verir ki, günlərin birində Vanqanı Bolqarıstanın keçmiş liderlərindən Todor Jivkovun qızı Lüdmila Jivkova ziyarət edir. Bu ziyarət Lüdmila ilə Vanqanın dostluğunun əsasını qoyur.Deyilənlərə görə, Vanqa da Jivkovun xətrini istəyirmiş. Bir gün Lüdmilanın çantasını Vanqaya verirlər. Vanqa isə çantanı əlinə alar-almaz "Aman Allahım, bu çantadan ölüm iyi gəlir", - deyərək qışqırır və huşunu itirir.Həqiqətən də 1 il sonra Lüdmila bədbəxt qəza nəticəsində ölür. Maraqlı məqam ondan ibarətdir ki, həmin çanta qəza zamanı Lüdmilanın üzərində olur.

Mənbə: Milli.Az

 

23 noyabr 2015
GO BACK