Qadin.NET / Azərbaycana yeni vəzifə həvalə edildi

Azərbaycana yeni vəzifə həvalə edildi

 

Azərbaycana yeni vəzifə həvalə edildi

Qaz İxracatçıları Ölkələri Forumuna (QİÖF) üzv ölkələrin energetika nazirləri təşkilatın baş katibini seçiblər. ANS PRESS-in məlumatına görə, 2016-cı ilin yanvarın 1-dən başlayaraq iki il ərzində QİÖF-un baş katibi səlahiyyətlərini İran nümayəndəsi olan Hüseyn Adeli icra edəcək. 

 

QİÖF-a üzv ölkələrin energetika nazirlərinin görüşün yekununda qəbul edilən bəyannamədə deyilir ki, Adeli 2 il müddətinə təşkilatın baş katibi seçilib.
Həmin bəyannaməyə görə, Azərbaycan QİÖF-un yeni müşahidəçisi seçilib.
Nazirlərin görüşünün yekununda növbəti toplantının 2016-cı ili noyabrın 17-də keçiriləcəyi qərara alınıb. 

Mənbə: Milli.Az

22 noyabr 2015
GO BACK